Kanadanın general-qubernatoru barəsində istintaqa başlanıldı

Kanada hökuməti işçilərinə təzyiq göstərən və onları təhqir edən ölkənin general-qubernatoru Jüli Peyet barəsində araşdırmalara başlayıb.

Gununsesiaz.info-nun məlumatına görə, СВС telekanalı məlumat verir ki, araşdırmanı Kanadanın Baş nazirinə tabe olan Məxfi Şura həyata keçirir.

Şuranın idarə heyəti istintaqın hərtərəfli, müstəqil və qərəzsiz aparılacağı barədə öhdəlik götürüb.

İstintaq general-qubernatorun öz tabeliyində olan işçilərlə sərt davrandığını, səbəbsiz yerə onları işdən azad etdiyini və iş yerində “zəhərli mühit” yaratdığına dair iddiaları araşdıracaq.

Gununsesiaz.info