
Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs ölüb.
Gununsesi.info-nun məlumatına görə 76-cı məhəllə ərazisində kanalizasiya borusunu təmizləmək üçün ora enən şəxs dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları hadisə yerinə gəliblər.
FHN əməkdaşları onu xilas etmək üçün kanalizasiya quyusuna ensələr də, onların həyatına təhlükə yaranıb.
Nəticədə FHN-nin 1əməkdaşı qazdan boğularaq ölüb, 3-ü isə zəhərlənib.
Zəhərlənən FHN əməkdaşları Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
Onların vəziyyəti hələlik ağır qiymətləndirilir.
Gununsesi.info