Kanalizasiya quyusuna düşən şəxs və onu xilas etmək istəyən FHN əməkdaşı öldü - ONLAR QAZDAN BOĞULUB (FOTOLAR)

  • By admin
  • 18 İyul 2017 16:24

fhn1(1)

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs ölüb. 

Gununsesi.info-nun məlumatına görə 76-cı məhəllə ərazisində kanalizasiya borusunu təmizləmək üçün ora enən şəxs dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları hadisə yerinə gəliblər.

FHN əməkdaşları onu xilas etmək üçün kanalizasiya quyusuna ensələr də, onların həyatına təhlükə yaranıb.

Nəticədə FHN-nin 1əməkdaşı qazdan boğularaq  ölüb, 3-ü isə zəhərlənib.

Zəhərlənən FHN əməkdaşları Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti hələlik ağır qiymətləndirilir.

596e0360b3577_596e0149385bc_fhn 596e0360e6818_2017-07-18-16-35-06kanal

Gununsesi.info