Kanar adaları yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb, ölənlər var

Kanar adaları yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb, ölənlər var

 

İspaniyanın Kanar adaları yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, rezin qayıqda 27 nəfər olub. Onlardan 20-si xilas olub, 2 nəfərə tibbi yardım göstərilib.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

 

Gununsesi.info

COMMENTS