İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Palma adasında vulkan püskürməsi başlayıb.
Gununsesi.info “Associated Press”ə istinadla xəbər verir ki, adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilir. 85 minədək insanın yaşadığı adada son günlər seysmoloji aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.
Hakimiyyət orqanları ehtiyat tədbirləri qismində episentrə yaxın ərazidəki kəndlərdən kiçik mobil qrupların təxliyəsinə başlayıb. Təcili xidmətlər lazım gəldiyi təqdirdə minədək insanı təxliyə etməyə hazır olmaq tapşırığı alıb.
Adada təhlükə səviyyəsi sarıdan narıncıya qaldırılıb, regional yollar bağlanıb.
Gununsesi.info