Kann kinovestivalı Fransada koronavirusun yayılması səbəbindən may ayında baş tutmayacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə təşkilatçılar məlumat yayıb.
Gununsesi.org xəbər verir ki, “Kann kinofestivalını təyin olunan tarixlərdə – 12 maydan 23-dək keçirmək mümkün olmayacaq”, – mətndə deyilir. Təşkilatçılar bildirib ki, hazırda bir neçə variant var, onlardan ən əsası tədbiri iyunun sonu – iyulun əvvəlində keçirmək ehtimalıdır.
Qeyd edək ki, indiyədək Fransada 10995 nəfər bu virusa yoluxub, 602 pasiyent sağalıb, 372 nəfər vəfat edib.
Gununsesi.org