
Kann kinofestivalının qalibi – Ruben Estlundun “Kvadrat” satirik filmi İsveçi “Oskar”da təmsil edəcək.
Gununsesi.info-nun xəbərinə görə, “Deadline” nəşri məlumat verir ki, məhz bu film “Xarici dildə ən yaxşı film” nominasiyasında qalib ola bilər.
2015-ci ildə Estlundun digər bir layihəsi olan “Fors-major” filmi “Oskar”a təqdim olunsa da, heç bir nominasiya qazanmamışdı.
Gununsesi.info