Kapital Bank köçkünlərin 5 manatını niyə tutur?

  • By admin
  • 05 İyun 2021 23:18
Məcburi köçkünlərə verilən may ayı üzrə aylıq sosial müavinətdən 5 manata yaxın vəsait tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məcburi köçkünlər tərəfindən yayılan məlumatlarda qeyd olunur ki, Kapital Bank artıq bu il ikinci dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən xidmət haqqı tutur: “Birinci tutulma mart ayında olub”.
Köçkünlərin sözlərinə görə bu ilə qədər onların kartından hər hansı vəsait çıxılmayıb. Qərarın bu ildən dəyişməsi və ikinci dəfə müavinətin tutulması məcburi köçkünləri ciddi narahat etməyə başlayıb.

Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla çörək pulu aldığını nəzərə alsaq, bu, 3 milyon manat vəsait edir.

Şikayətçilərin sözlərinə görə birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki bu xidmət ildə bir dəfə olur.

Müavinətin iki dəfə kəsilməsi və illik xidmət haqqının hansı meyyarlara görə təyin edilməsi anlaşılmazlıq yaradıb.

Məsələ ilə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb. 

Gununsesi.info