“Kapital Bank”a daha bir şöbə açmağa icazə verildi

  • By admin
  • 01 Aprel 2017 12:02

palata

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılması üçün icazə verilib.

Palatadan Gununsesi.info-ya verilən məlumata görə, bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilib və şöbənin açılmasına dair qərar qəbul edilib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov 24 (2 saylı ASAN Kommunal) ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.

Gununsesi.info