“Kapital Bank”dan narazılıqlar artır - MÜŞTƏRİ ŞİKAYƏTLƏRİ İSƏ QULAQARDINA VURULUR

  • By admin
  • 01 Noyabr 2022 13:35

Son zamanlar sosial şəbəkələrdə ölkənin əsas aparıcı banklarından biri hesab olunan Kapital Bank-dan müştəri narazılıqları artmaqdadır.

Narazılıq edən insanların əksəriyyəti bankın mobil tətbiqləri vasitəsilə köçürmə əməliyyatlarını edə bilməməsindən şikayətlənir.

Gununsesi.info-un araşdırması zamanı bu şikayətlər təsdiqini tapıb.

Məlum olub ki, mobil operatordaki “bir bank” tətbiqi vasitəsi ilə pul köçürmələri edə bilməyən insanlar 3 D təhlükəsizlik kodunun onların telefonuna göndərilməsinə nail ola bilmir.

Hər gün bankın “196” qaynar xəttinə müraciət edən narazı insanlara  isə “sorğunuz qeyd alındı, sizə xəbər verəcəiyik” kimi şablon cavablar verilir.

Görünür, problem əksər dövlət qurumlarının da etibar edib müştərisi olduğu bankın rəhbərliyindədir.

Yoxsa, hər gün sosial şəbəkələrdə bank əleyhinə vətəndaş narazılıqlarının şahidi olan bu adamlar bankda normal xidmət sistemi yaradardılar.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı bank rəsmiləri ilə əlaqə saxlasa da cavab ala bilməyib.

Müraciət etdiyimiz mobil operatorlardan isə bildirilib ki, bu problem barədə onlara da vətəndaş sorğuları gəlsə də ancaq problemin onlara aiddiyyatı yoxdur:

“”3 d” kodunu sms vasitəsilə bank özü müştəriyə göndərməlidir” deyə “Gununsesesi”nin sorğusunca cavabda deyilir.

Gununsesi.info