“Kapital Bankın “BirBank” programında təhlükəsizlik “deşiyi” var. Əgər siz də bu proqramdan istifadə edirsinizsə aşağıda yazdığımı oxuyun və ehtiyatlı olun”.
Gununsesi.info bildirir ki, bunu tanınmış hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkə hesabında yazıb.
“Mənə müraciət edən bir vətəndaş internetdə satışa bir əşya qoyub. Rusça ona yazan birisi ondan Kapital bankın debit cashback kartının nömrəsini, kartın bitmə tarixini, öz doğum tarixini, və tam ad soyadını və atasının adını demişdir.
Bundan sonra naməlum xaker hansısa formada bu vətəndaşın digər kartlarından pul çəkmişdir (toplam 4500 azn).
Halbuki bu vətəndaş həmin kartların nömrəsini kiber-cinayətkara heç vaxt bildirməmişdir.
Müdaxilə ya telefon üzərindən sonra da “birbank” müdaxilə etməklə həyata keçirlib (telefon redmi not idi), ya da ki Kapital bankın “Fərdi bankçılıq” sistemi üzərindən. 3d Secure sistemi vətəndaşda aktiv olsa da hansısa formada onu qoruya bilməyib.
Hər bir halda həm Bankın müştəriləri həm də bankın özü bülə hallala bağlı təhlükəsizlik tədbirlərini artırlamlıdır”.
Şəbnəm
Gununsesi.info