Kapitalist sistemdən Komunizmə şüurlu keçid

  • By admin
  • 08 Noyabr 2016 12:52

komunis

Belarusun paytaxtı Minskdə, Oktyabr inqilabının ildönümü münasibətilə Sovetlər Birliyinin qurucusu Vladimir İliç Leninin heykəli ucaldılıb.

Gununsesi.info-nun “Evrensel” qəzetinə istinadən xəbər verir ki, Minsk Traktor Zavodun daxilində qoyulan heykəl, xalqın tələbilə fabrikin önündəki parkda ucaldılıb. Heykəlin açılışı mərasiminə çoxlu sayda insan qatılıb. Bu arada bir qrup insan heykəlin açılışına sərt reaksiya göstərib. Polisin müdaxiləsi nəticəsində etirazçılar ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Oktyabr İnqilabının ildönümü ilə əlaqədar bəyanat verib.

Bəyanatda qeyd edilir: “Bu inqilab dünya tarixinin gedişinə və bir çox xalqların taleyinə böyük təsir göstərib. SSRİ dövründəki sosial rifah, bərabərhüquqluluq idealları, sülh indi də aktualdır. SSRİ-nin mədəniyyət və idman sahəsində uğurları bütün insanlığın nailiyyəti idi”.

Anar

Gununsesi.info