Əmir və Asunun qurduğu qəddar plan Tufanın canı bahasına başa gəldi. Artıq sıradakı hədəfləri Ozanın ölümüdür. Kamal, Nihan və Mərcan Ozanın ölümü ilə bağlı görüşür.
Gununsesi.info-nun turkaznews-a istinadən verdiyi məlumata görə, Kamal və Mərcan gerçəyi ortaya çıxarmaq üçün daha uzun və səbrli bir araşdırma aparmağı düşünürkən, Nihanın buna səbri yoxdur. Asu ilə Ozanın cinayəti ilə bağlı bir üzləşmə planlaşdırır. Bu plana görə, Asunun tək qurtuluşu etiraf etməkdir.
Digər tərəfdə Əmir Tarıkı meydana çıxaracaq planı işə salır. Kamal da Tarıkla bağlı içində çiçəklənən şübhələri ilə mübarizəyə başlayır. Amma artıq kamalın nə qardaş itirməyə, nə də Nihanı itirməyə gücü var. Kamal özünə qapandığı anlarda Nihan ona sevgisi ilə dayaq olacaq.
Mərcan Asu ilə bağlı araşdırma apararkən Tarık ilə onun arasında keçmişdə bir bağlılıq olduğunu ortaya çıxarır. Bu önəmli dəlil bütün vəziyyəti dəyişdirəcək. Mərcanın atəş xəttinə girməsi Tarık üçün geri sayımı başladır. Tarık bu qarışıq vəziyyətdən çıxış yolu üçün son həmləsini edir.
Uşağının cinciyyətini öyrənən Zeynəb bu xəbəri Əmirlə bölüşmək üçün onunla görüşür. Bu görüşə gözlənilməz qonağın qatılması Zeynəbin bütün vəziyyəti dəyişdirən bir daxili mübarizəyə vadar edir. Bu mübarizənin sonu Hakanla evlənməməsi qarşılığında Əmirə onunla evlənmə şərtinə gətirib çıxarır.
Ozan cinayətinin üstündəki duman tamamilə çəkildikdə Nihanla Kamal həyatlarının ən böyük şoku ilə üz-üzə qalacaq.
Gununsesi.info