Türkiyə telekanallarında yayımlanan daha iki dizi öz iləyicilərinə “vida” edib.
Bu dizilər Türkiyənin STAR TV-sindən yayımlanan “Kara sevda” və “Cesur ve Guzel” dizisidir.
Gununsesi.info-nun xəbərinə görə, efirdə yayımlandığını gündən ötən 3 il ərzində izləyicilər tərəfindən sevilən və izləyici rekordları qıran “Kara sevda” dizisi dünən final bölümü ilə izləyicilərinə “əlvida” deyib.
Dizinin yaradıcı-çəkiliş heyəti də üzərinə “Yeni sevdalara” yazılmış şüarla birgə cəkdikləri fotoları-görüntüləri yayıblar.
“Cesur ve Guzel” dizisi isə bu axşam final bölümü ilə izləyicilərinin son dəfə görüşünə gəlir.
Onu da qeyd edək ki, dizinin başa çatması ilə bağlı filimin çəkiliş-yaradıcı heyəti dünən “veda partisi”ndə bir araya gəliblər.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info