Karantin bu halda sərtləşdirilə bilər – Həkim AÇIQLADI

Son günlər Azərbaycanda koronavirusa yoluxma halları kəskin artıb. Artıq gündəlik yoluxmalar 1300-ə çatıb. Bununla bərabər ölüm sayının artması insanlar arasında karantinin sərtləşəcəyi barədə müzakirələri aktuallaşdırıb. 

Bəs yoluxma sayının artması fonunda hansı addımlar atılmalıdır?

HTML tutorial

Əsas yoluxmanın sayı yox, xəstəliyi ağır keçirənlərin statistikasıdır…

Gununsesi.info xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Modern.az-a bildirib ki, rəsmi qurumlar xəstəliyi ağır keçirənlərin sayını açıqlamalıdır:

“Məncə, əsas məsələ yoluxmanın sayı yox, bu xəstəliyə yoluxub, ağır keçirənlərin faiz nisbətidir. İl ərzində dünyada təxminən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Amma qriplə əlaqədar heç bir karantin olmur. Bu pandemiyada da yoluxub, ağır keçirənlərin faiz nisbətinə baxırıq.

Rəsmi qurumlara müraciət etmişik ki, rəqəmləri açıqlasınlar. Təəssüflər olsun ki, açıqlama yoxdur. Əgər ağırlaşanların faiz nisbəti 1-2% təşkil edirsə və ölüm 0,5 faizdirsə, o zaman heç bir sərtləşməyə ehtiyac yoxdur. Əks təqdirdə yoluxub, ağır keçirənlərin sayı çoxdursa, hansısa tədbir görmək olar. Mən müşahidə edirəm ki, hamı bütün diqqətini yoluxanların sayına yönəldib. İnsanlar əsas yoluxanlara yox, virusa yoluxub ağır keçirənlərə diqqət etməlidir”.

Gununsesi.info