Karantin cərimələri silinəcək?  - DİN-dən CAVAB

  • By admin
  • 01 Sentyabr 2021 11:49

“Epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq edilən cərimələrin silinməsi, yaxud bağışlanılması Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın karantin rejimi dövründə tətbiq edilən cərimələrin bağışlanılması ilə bağlı sualını cavablandırarkən bildirib.

E.Hacıyev deyib ki, karantin rejimi əleyhinə qaydaların pozulmasına görə cərimələnən və həmin cəriməni ödəməyənlər axtarışa veriləcək:

“Bu qərar qanunvericiliklə müəyyən edilib. Müəyyən olunan hüquq normasına görə, dövlətə hansısa formada borclanmış şəxsin həmin borcu ödəməsi tələb olunursa, bu da həmin inzibati tənbeh tədbirinin başqa növüdür. Bütün hallarda vətəndaş bilməlidir ki, əgər barəsində inzibati tənbeh tədbiri tətbiq olunubsa, bu, onun üzərində borc yükü olaraq sistemə düşür. Vətəndaş o ödənişdən yayınmamalıdır. Əks təqdirdə dövlət müvafiq qurumların, o cümlədən məhkəmənin vasitəsilə həmin borcun ödənilməsini təmin edəcək”.

Gununsesi.info