Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq

  • By admin
  • 03 İyul 2020 17:55

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Gununsesi.org xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, artıq narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq. Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq. “Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın olmaması  ilə bağlıdır”.

 

 

Gununsesi.org