Karantin rejimi sərtləşdirilə bilər

  • By admin
  • 08 Aprel 2021 08:58

Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb.

Vurğulanıb ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.

Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVİD-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.