Karantini pozan bələdiyyə başçısı tutulmamaq üçün özünü ölülüyə vurub tabuta girdi – FOTO

  • By admin
  • 22 May 2020 12:55

Peruda bələdiyyə başçısı dostları ilə içki içmək üçün karantin qaydalarını pozub.

 

Sondakika.com xəbər verir ki, hadisə Kastrovirreyna əyalətinin Tantara rayonunda baş verib.

Bələdiyyə başçısı Cemi Rolando Urbina Torres koronavirusu ciddi qəbul etməyərək, dostları ilə spirtli içki içib.

Polisin gəldiyini görən Torres və ətrafındakılar yaxalanmamaq üçün tibbi maska ​​taxaraq tabutlara giriblər. Polis bundan əvvəl onların şəkillərini çəkməyə müvəffəq olub.

Qeyd edilir ki, Torres əvvəllər yerli sakinlər tərəfindən virusu ciddi qəbul etməməkdə və bölgədə zəruri təhlükəsizlik tədbirləri görməməkdə ittiham olunub.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org