Karantini pozan qız cərimə yazılmasın deyə bunu etdi –  Polis işdən qovuldu VİDEO 

  • By turana
  • 20 Fevral 2021 09:46

Karantin qaydalarını pozan qadının qeyri-etik davranışı polisin işdən qovulması ilə nəticələnib.

Karantin qaydalarını pozan qadın cərimə yazılmasın deyə anidən polisi öpüb. Bu anın görüntülərinin sosial şəbəkədə yayılmasından sonra polis işdən qovulub.

Olay Perunun paytaxtı Limada yaşanıb. Lima Polis departamentindən verilən məlumata görə qızın öpdüyü polis işdən uzaqlaşdırılıb, qadına isə cərimə yazılıb.

Qeyd edək ki, pandemiyanın yayılmasının qarşısının alınması əsas gətirilərək bir sıra ölkələrdə qadağalar tətbiq olunur.