“Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur”

  • By admin
  • 28 Dekabr 2021 21:43

““Omicron” adlı ştamın daha çox yoluxdurucu olduğu bildirilir. Yeni ştamın həddindən artıq yüksək yoluxdurucu olması bizi də narahat edir”. 

Gununsesi.info xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Niderlandda buna görə Milad və digər bütün bayramlar ləğv edilib: “Danimarkada konsert zalları, kinoteatrlar bağlanıb, Yunanıstanda bütün Milad tədbirləri ləğv edilib, 60-dan yuxarı şəxslərin məcburi vaksin olunmasına qərar verilib. Portuqaliyada bütün barlar bağlanıb, Böyük Britaniya və Parisdə Yeni il şənlikləri,Almaniyada bir məkanda 10 nəfərdən çox adam toplanması qadağan edilib. Avstriyada lokdaun vəziyyəti tətbiq edilir, insanlar yalnız işə getmək və digər zəruri tələblər üçün evi tərk edirlər.

Azərbaycanda hazırda vəziyyət stabildir, karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur. Amma qeyd etdiyim ölkələrdəki vəziyyətin Azərbaycanda olması ehtimalı yüksəkdir. Bunun baş verməməsi üçün yeganə yol vaksin olunmaqdır”.

Gununsesi.info