Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina etmək qərarına gəldi

  • By Admin2
  • 15 Aprel 2026 13:30

Sahibkar və xeyriyyəçi Samvel Karapetyan Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün  Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.

Karapetyan Yerevanda keçirilən məhkəmə prosesində bildirib ki, “Qələbəyə əmin olduğumuz üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlamışıq”.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Güclü Ermənistan partiyasının üzvləri Karapetyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəliblər.

Orxan 

Gununsesi.info