Karate üzrə qara kəmər ustası, əməkdar məşqçi evindəki partlayış nəticəsində öldü

  • By admin
  • 01 Fevral 2017 16:21

emekdar

Sumqayıtda yaşayış evində partlayış olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Rövşən Xaliq oğlu Veysəlova məxsus evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə o özü, 1975-ci il təvəllüdlü həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R. Veysəlov bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, R. Veysəlov tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir.

Gununsesi.info