Karate yarışlarının növbəti bürünc medalını Asiman Qurbanlı aktivinə yazdırdı - FOTO

  • By admin
  • 15 May 2017 07:36

karate-2

“Bakı-2017”də karatenin kumite yarışlarında +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Asiman Qurbanlı bürünc medal əldə edib.

Gununsesi.info xəbər verir ki, bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareg Hamediyə 6:2 hesabla qalib gəlib. Bununla da Azərbaycan idmançıları “Bakı-2017″ni üç bürünc medalla başa vurublar.

Yarışa dörddəbir finalda qoşulan karateçimiz Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. A.Qurbanlı yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub.

Gununsesi.info