Karateçilərimiz dünya kubokunu 4 medalla başa vurub - FOTO

  • By admin
  • 05 İyul 2017 09:35

unnamed

Gənclədən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) Dünya Kubokunun gümüş medallarını qazanıblar. 

Azərbaycan Milli Karate Federasiyasından Gununsesi.info-ya bildirilib ki, Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərazimində iştirak edib.

2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olan Dünya Kubokunda idmançılarımız təəssüf ki, uğursuz çıxış ediblər. Dünya Kubokunda 64 ölkəni təmsil edən 350 klub və seçmə komandanın tərkibində 2059 karateçi iştirak edib. Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilməyib. Növbəti lisenziya yarışı payızda İspaniyada Dünya çempionatı olacaq.

Anar
Gununsesi.info