Kardaşyan sağalmaz xəstəliyə yoluxdu

  • By admin
  • 10 Sentyabr 2019 09:36

Tibb işçiləri 36 yaşlı Amerika TV ulduzu Kim Kardaşayana xoşagəlməz diaqnoz qoyub. Gununsesi.org-un “Daily Mail” nəşrinə istinadən məlumatına görə, məşhurda qırmızı qurd eşənəyi xəstəliyi aşkarlanıb.

Xroniki yorğunluqdan şikayətlənən Kim tez-tez əllərinin keyidiyini və oynaqlarının şişdiyini deyib.

“Səhər oyananda əllərim keyimişdi. Onlar sözümə baxmırdı. Mən diş fırçamı qaldıra bilmirdim”, – o, etiraf edib.

Qeyd edək ki, qırmızı qurd eşənəyi bir sıra xoşagəlməz simptomlarla, eləcə də oynaqlardakı ağrı, xroniki yorğunluq, əsəb problemləri ilə müşahidə olunur. Xəstəlik sağalmır, amma simptomları minimallaşdırmaq olar.

Gununsesi.org