
ABŞ-ın ən populyar erotik və realiti-şou ulduzlarından olan Kim Kardaşyanın 3-cü dəfə ana olacağı idda edilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz Kardaşyan daşıyıcı anadan sayca 3-cü körpənin dünyaya gələcəyi barədə xəbəri təsdiqləyib.
Belə ki, Kardaşyan bildirib ki, körpə 2018-ci ilin yanvar ayında doğulacaq. Eyni zamanda Kardaşyanın həyat yoldaşı, rep ifaçısı Keyn Uest faktı bir daha təsdiqləyib.
Hazırda çütlüyün Saint adında bir oğlu və North adında bir qız var.
Qeyd edək ki, daşıyıcı analıq anlayışı ölkəmizdə qanunla qadağan olmasına baxmayaraq, xaricdə geniş şəkildə tətbiq olunmaqdadır. Daşıyıcı analıqda körpə sahibi olmaq istəyən ailələrin öz yumurta və sperma hüceyrələrini istifadə edirlər, ancaq körpə başqa bir qadının bətnində daşınır.
Ananın hamiləliyə uyğun uşaqlığı olmadığı üçün (və ya uşaqlığı heç olmadığı üçün) cütlüklərin yumurta və sperma hüceyrələri döllənərək əldə edilən hamiləlik başqa bir qadının uşaqlığına nəql edilir. Bu hamiləliyi daşıyan və doğan qadına “daşıyıcı ana” deyilir. Burada körpə genetik olaraq öz ana və atasının genetikasını daşıyır, yəni onu sahiblənən valideynləri bioloji ana-atası olur.
Gununsesi.info