Kardaşyanın dəbdəbədən uzaq 60 milyonluq evi - FOTOLAR

  • By admin
  • 28 Sentyabr 2019 21:03

TV ulduz Kim Kardaşyanla Kanye Uestin dəbdəbəli həyat tərzi ilk baxışda məşhur cütlüyün təmtəraqlı və bahalı əşyalarla dolu malikanədə yaşadığı təsəvvürünü yaradır. Ancaq bu, heç də belə deyil.

Gununsesi.org xəbər verir ki, sosial şəbəkələrdə Kimlə Kanyenin 60 milyon dollara satın aldıqları evin fotoları yayılıb. Şəkillərdə evdə minimalist dekorasiyadan istifadə edildiyi, solğun rənglərin hakim olduğu görülür. Əşyalar isə, demək olar ki gözə dəymir. Bu səbəbdən malikanə yarıboş görünür. İzləyicilərin bəziləri Kimin evini muzeyə bənzədib, digərləri isə soyuq atmosfer üzündən ümumiyyətlə evə oxşamadığını deyiblər.