“Kardeşim Benim 2″də aktyora qarşı böyük hörmətsizlik – foto

  • By admin
  • 24 Noyabr 2017 19:36


Baş rolda Burak Özçivit və Murat Bozun oynadığı “Kardeşim Benim 2”nin qala gecəsi keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə xoş məqamlarla yanaşı, gözlənilməz hadisələr də baş verib.

Belə ki, gecəyə dəvət olunanlar arasında bir vaxtların ən məşhur simalarından olan aktyor Erol Taşçı da olub. Lakin aktyoru tanımayan qapıçılar onu içəri buraxmayıblar.

E.Taşçı “Mən kinoya illərimi vermişəm. Qarşılaşdığım ən pis hadisədir” deyərək oradan uzaqlaşıb.

Qeyd edək ki, 5 min insanın iştirak etdiyi gecədə aktrisa Fahriye Evcen Burakı tək qoymayıb. Lakin Aslı Enver sevgilisi Muradın yanında olmasa da, ona sosial media vasitəsilə dəstək olub.

Gununsesi.info