Karen Adonç: “Ankara-Moskva yaxınlaşması İrəvanı pis vəziyyətdə qoyacaq”

  • By admin
  • 16 Avqust 2016 11:59
 
ksre
Ankara-Moskva yaxınlaşaması Ermənistanın iqtisadi vəziyyətini daha da çətinləşdirmiş olacaq.
Gununsesi.info xəbər verir ki, bu fikri iqtisadi elmlər doktoru Karen Adonçnews.am”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu baxımdan  belə bir məqamda  Ermənistanın ciddi iqtisadi inkişaf perspektivindən danşmaq olmaz. “Mən bunu Ermənistann istehsal imkanlarını nəzərə alaraq deyirəm. Çünki bu gün Ermənistanın  əsas istehsalı kənd təsərrüfatı məhsulları ilə məhdudlaşır. Bura Rusiyadakı iqtisadi vəziyyətin pis olmasını də əlavə etsək, o zaman mənzərə aydın olar”- deyə, erməni ekspert vurğulayıb.
K.Adonç xüsusən onu qeyd edib ki, Ermənistanın eksport məhsulları da təhlükə altındadır. “Çünki Ermənistanın ənənəvi ixracatı Rusiya istiqamətinədir. Ankara-Moskva yaxınlaşması və Rusiyanın Türkiyə məhsullarına məhsullarına qoyduğu sanksiyanı aradan qaldırması nəticəsində Ermənistann Rusiyaya  məhsul ixracatını minimuma endirəcək. Ermənistan sadəcə ənənvi içkiləri ilə müəyyən mənada Rusiya bazarında özünü saxlaya bilər. Bu da ancaq Rusiya bazarındakı vəziyyətdən asılı olacaq. Digər sahələrdə isə rəqabətə tab gətirə bilməyəcək. Bu isə Ermənistanın onsuz da məhdu olan imkanlarını bir az da məhdudlaşdıracaq”- deyə, erməni alim vurğulayıb.
Hazırladı Mürtəza
 
Gununsesi.info