Karib dənizində güclü zəlzələ baş verib

  • By admin
  • 10 Yanvar 2018 08:55

Karib dənizində 7,6 maqnituda gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar Hondurasın Barra-Patuka yaşayış məntəqəsinin təqribən 201 km-də qeydə alınıb. Onun ocağı yerin 33 km dərinliyində yerləşib.

Yeraltı təkanlar Honduras ərazisinin əksər hissəsində, həmçinin Meksikanın cənubunda hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi var.

Gununsesi.info