
Argentinalı ulduz Karlos Tevesin Çinin “Şanxay Şenxua” futbol klubuna keçidi rəsmiləşib.
Gununsesi.info “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, nəticədə o, dünyanın ən yüksək ödənişli futbolçusu olub. Belə ki, 32 yaşlı hücumçu həftəyə 615 min funt sterlinq qazanmaqla yeni rekord müəyyənləşdirib.
K.Teves həftəyə 365 min funt sterlinq qazanan Kriştiano Ronaldonu geridə qoyaraq bu göstərici ilə dünyanın ən dəyərli futbolçusuna çevirilib.
Son klubu “Boka Xuniors”da 10 oyuna 4 qol vuran Tevesin aktivində 6 məhsuldar ötürməsi də var. Karyerası ərzində “Korintians”, “Mançester Yunayted”, “Mançester Siti”, “Vest Hem” və “Yuventus”da da çıxış edən Teves Argentina millisində 76 matçda 13 qol vurub.
Gununsesi.info