Karlovun qətl sifarişini kim verib? – Yeni iddia

  • By admin
  • 12 İyun 2017 19:12

 Rusya'nın Ankara Büyükelçisi Andrey Karlov, Ankara'da katıl

 

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fətullah Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb.

Trend-in məlumatına görə, bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir.

Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərd Altındaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub.

Bundan başqa, qatilin Kiprdə otellərin birində fətullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.

Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

 

Gununsesi.info