Karnavalda əylənənlər atəşə tutuldu - 4 ÖLÜ, 4 YARALI

  • By admin
  • 18 Fevral 2018 18:46

Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Gununsesi.info