
Saatlıda polis tərəfindən həyata keçirilən əməliyyat zamani küllü miqdarda qurudulmuş marixuana aşkar edilərək dövriyədən çıxarılıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb. Belə ki, Saatlı rayon polis əməkdaşlarının adı çəkilən kənddə həyata keçirdiyi əməliyyat-axtarışları zamanı narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan Məhəddin Həsənov şübhəli şəxs qismində saxlanılıb.Məlum olub ki, Məhəddin Həsənov narkotik vasitəni bu ilin may ayında elə öz həyətindəki kartof bitkilərinin arasında əkərək becərib. Həmin narkotik tərkibli bitkilərdən isə qurudulmuş marixuana əldə edib.Saxlanılan şəxs əməllərini etiraf edib.
Hazırda faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Məhəddin Həsənov əvvələr də narkotik vasitə əkib-becərməsi əməlinə görə məhkumluq həyatı yaşayıb.
Gununsesi.info