“Kartofla soğanı ayıra bilmirdi, necə rektorluq edəcək?” - Heydər Əsədovun təyinatına reaksiya

  • By admin
  • 03 Aprel 2019 16:20

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi münasibətilə təbrik edib. 

Gununsesi.org xəbər verir ki, hər zaman Heydər Əsədovu sərt tənqid etməsi ilə yadda qalan Hafiz Hacıyev sabiq nazirə məsləhətlərini də verib:

 

Partiya sədri qeyd edib ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olanda da öz ixtisiası üzrə çalışmayıb:

“Ona görə də kartofla soğanı ayıra bilmirdi, nəticədə nazir vəzifəsini itirdi. İndi də gəmi ilə paravozu ayıra bilmir. Axı o necə Dövlət Dəniz Akademiyasına rektorluq edəcək? Eybi yox, mən ona bir mütəxəssis kimi hər zaman məsləhət verməyə hazıram”.(Demokrat.az)