“Karyerdə daş atıb, 10 manat alırdım” – Deputat keçmişindən danışdı

  • By admin
  • 20 Yanvar 2021 17:31

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan “Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildirib.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib:

“Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim.
Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.

Gununsesi.org