
Gələcəkdə kassalardan biletlərin satışı aradan qaldırılacaq.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O, bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə biletlərin satışını iki üsulla həyata keçirəcək:
“Satışlar onlayn və “ASAN xidmət” vasitəsilə baş tutacaq. Bundan sonra kassaların qarşısında növbədə gözləməyə ehtiyac qalmayacaq”.
Gununsesi.info