Kassasiya məhkəməsi Köçəryanın şikayətinə baxmadı

  • By admin
  • 25 Sentyabr 2019 19:56

Ermənistanın eks-prezident Robert Köçəryanın müdafiəçiləri 20 sentyabrda Apelyasiya Məhkəməsinin çıxardığı qərardan şikayət vermək istəyiblər.

Lakin Kassasiya məhkəməsi müdafiə tərəfinin ərizəsini qəbul etməyib.

Gununsesi.org erməni mediasına istinadən xəbər verir ki, Lilit Tadevosyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Köçəryana “yox” cavabı verilib.

R.Köçəryanın vəkilləri 18 mayda növbəti dəfə həbs edilən keçmiş prezidentin girov qarşılığında azadlığa buraxılmasını istəyirdi.

Beləliklə, Rusiyadan edilən müraciətlərə baxmayaraq, Nikol Paşinyan hökuməti 1-2 mart 2008-ci il tarixdə törətdiyi cinayətlərə görə mühakimə edilən R.Köçəryanı azadlığa buraxmaqdan imtina etdi.

 

 

Gununsesi.org