Kastro dekabrın 4-də dəfn ediləcək

  • By admin
  • 26 Noyabr 2016 15:20

fidel-3

Kuba inqilabının lideri Fidel Kastro dekabrın 4-də dəfn ediləcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “France-Presse” hökumətə istinadən məlumat verib. Dəfn mərasimi Santyaqo-de-Kuba şəhərində baş tutacaq. Daha əvvəl onun meyitinin bu gün yandırılacağı barədə məlumat verilib.

Qeyd edək ki, Fidel Kastro bu gün səhərə yaxın 90 yaşında vəfat edib. F. Kastronun vəfat xəbərini Kuba dövlət televiziyasında Raul Kastro açıqlayıb. Kubada matəm elan olunub.

Gununsesi.info