Kastro Putindən nə istədi?

  • By admin
  • 05 Sentyabr 2016 21:47

img2184289

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusiya Prezidenti Vladimir Putindən adaya neft və neft məhsullarının sabit nəqlinin qurulması imkanlarını nəzərdən keçirmək xahişi ilə müraciət edib.

Gununsesi.info-nun Axar.az-a istinadən xəbər verir ki, Kuba tərəfi neft və neft məhsullarının tədarükünün Rusiyadan əlverişli şərtlərlə maliyyələşdirilməsinin təşkilini istəyir.

Kastronun Putinə yolladığı məktubda konkret şərtlər açıqlanmır, bu detallar danışıqların keçiriləcəyi halda razılaşdırılacaq.

Gununsesi.info