“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir”

  • By admin
  • 27 Oktyabr 2017 20:29

ABŞ Dövlət Departamenti Kataloniyanı İspaniyanın ayrılmaz hissəsi adlandırıb.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bəyan edib.

“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir. ABŞ İspaniyanı güclü və vahid bir şəkildə saxlamaq üçün həyata keçirilən hüquqi tədbirləri dəstəkləyir”, deyə H.Noyert bildirib.

Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edib. İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib.

Gununsesi.info