Kataloniyada polis seçicilərə sərt müdaxilə edib – Yaralılar var + Foto + Yenilənir

  • By admin
  • 01 Oktyabr 2017 13:30

 

?????????????????????????????????????????????????????????
Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon nəfər yaşayır.

***

Kataloniyada səsvermə başlayıb. Hazırda 1000-ə yaxın məntəqədə səsvermə həyata keçirilir.

***

Seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib. Polis seçcilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.

Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.

 

Gununsesi.info