Kaxovka SES-də partlayışdan sonrakı vəziyyət - VİDEO

  • By admin
  • 06 İyun 2023 12:05

Xəbər verdiyimiz kimi, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.

Gununsesi.info xəbər verir ki, ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir. Nova Kaxovka şəhərindən də təqribən 300 evin sakinləri təxliyə ediləcək.

Məlumata görə, hazırda Nova Kaxovkada suyun səviyyəsi 10 metrə, Dnepryanıda 8 metr, Korsunkada 5,3 metrə qədər qalxır.

“Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, Kaxovka su anbarında suyun səviyyəsinin enmə sürəti təqribən saatda 12 sm təşkil edir.

Qeyd edək ki, sözügedən SES Xerson vilayətinin Rusiyanın nəzarəti altında olan ərazilərində yerləşir.

Gununsesi.info