Nova Kaxovka şəhərinin meri Vladimir Leontiev şəhərdə suyun səviyyəsinin tədricən azaldığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA” Novosti məlumat yayıb.
Vladimir Leontiev vəziyyətin nəzarət altında olduğunu da vurğulayıb.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir.
Gununsesi.info