
Azərbaycandan Ukraynaya humanitar yardım göndərilir.
Gununsesi.info xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.
Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.