Kaya Kallas: Ukraynaya təzminat krediti ilə bağlı danışıqlar davam edir

Avropa Birliyi ölkələri Ukraynaya kredit ayrılması üçün Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələsində çətinliklərlə üzləşib.

Gununsesi.info xarici mediaya istinadən məlumatına görə, AB-nin diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, təzminat krediti Kiyev üçün üstünlük verilən maliyyələşdirmə variantıdır.

Onun sözlərinə görə, bu istiqamətdə razılıq hələ əldə olunmayıb, lakin danışıqlar davam edir.

Günay

Gununsesi.info