Oktay Kaynarca Bakıda sevənləri ilə görüşəcək.
Gununsesi.info xəbər verir ki, canlandırdığı personajlarla milyonların sevgisini qazanan aktyor Oktay Kaynarca musiqiçi Ender Balkırla birlikdə Bakı səhnəsində çıxış edəcək.
Konsert 9 may 2022-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq. Konsertin biletləri 35-170 manat arasında dəyişir.
İki nəfərlik bu musiqili şouda Oktay Kaynarca və Ender Balkır türkülü, musiqili, şeirli, bol zarafatlı performansları ilə izləyicini həm güldürəcək, həm də duyğulandıracaq. Ekranların usta aktyoru O.Kaynarca teatrdan, televiziyadan, sevgidən, puldan və həyatdan öyrəndiklərini yumoristik şəkildə anladarkən, Ender Balkır və orkestrası türkülərlə sənətçiyə yoldaşlıq edəcək.