Kayseri terrorunu törədənin kimliyi bəlli oldu

  • By admin
  • 20 Dekabr 2016 20:02

t

 

Dekabrın 17-də Türkiyənin Kayseri şəhərində hərbçiləri hədəf alan terror hücumu ilə bağlı məsuliyyəti PKK-nın silahlı qanadı TAK qruplaşması öz üzərinə götürüb.

Gununsesi.info xəbər verir ki, sözügedən təşkilat Kayseridə qanlı olayı “Çektar Xebat” ləqəbli Qasım Yıldırım Çakar adlı terrorçunun törətdiyini bildirib.

Məlumat görə, Çakar 1990-cu ildə Van şəhərində anadan olub.

Xatırladaq ki, Kayseri şəhərində terrorçu-kamikadze idarə etdiyi bomba yüklənmiş avtomobili hərbçiləri daşıyan avtobusun yaxınlığında partladaraq 14 nəfərin həyatına son qoyub.

Gununsesi.info