Kazanda 100 min nəfər elektrik enerjisiz qalıb

Kazanda 100 min nəfər elektrik enerjisiz qalıb

 

Tatarıstanın paytaxtı Kazanda, təxminən, 100 min nəfər elektrik enerjisiz qalıb.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Energetika Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, Kazanın məişət istehlakçılarının yarısı (təxminən, 96,7 min nəfər) elektrik enerjisiz qalıb. Şəhərdə qəza-bərpa işləri aparılır.

 

Gununsesi.info

COMMENTS